PFL yenə "Qəbələ"yə güzəştə getdi, təqvim dəyişdi

12:00 20 Noyabr 2015

Topaz Premyer Liqasının XIV turunun və Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyun cədvəlində dəyişiklik edilib.

 

Sportarena.az xəbər verir ki, ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qəbələ" Peşəkar Futbol Liqasına müraciət edərək, "Rəvan"la görüşün vaxtının dəyişdirilməsini xahiş edib.

 

"Qəbələ"nin Avropa Liqasında oyununu və yarışların əsasnaməsini rəhbər tutan PFL "Qəbələ" – "Rəvan" görüşünün 29 noyabr tarixindən 30 noyabr tarixinə keçirilməsinə qərar verib.

 

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Qəbələ" – "Mil Muğan" və "Rəvan" – "Bakı" matçları isə 2 dekabr tarixindən 3 dekabr tarixinə dəyişdirilib.


Digər xəbərlər

Xəbər xətti