Stadiona azarkeş yığa bilməyən "Qəbələ" bu yola əl atdı

12:27 20 Noyabr 2015

Türkiyənin "Beşiktaş" klubunun "Çarşı" fanat qrupunun fəalları "Qəbələ" azarkeşlərinə dərs keçməyə başlayıb. Sportarena.az xəbər verir ki, bu barədə "Hürriyet"ə qrupun lideri Sedat Özdemir açıqlama verib.

 

S.Özdemir bildirib ki, bir müddət öncə çox önəmli dostlarının tövsiyəsi ilə "Beşiktaş"ın oyunlarına gələn "Qəbələ"nin prezidenti Tale Heydərov heyran qaldığı fanatlara bir-bir görüşüb. T.Heydərov azarkeşlərdən 15-inə transfer təklifi verib. O, Azərbaycanda inkişafda olan futbol mədəniyyətini rəngarəngləşdirmək istədiklərini bildirib. "Əsəbi" ləqəbli fan-klub rəhbəri hazırda azərbaycanlı azarkeşlərə sevimli komandalarını dəstək dərsi keçdiklərini bildirib:

 

"Hər həftə Azərbaycana gedir, matçlarda oyunçuları dəstəkləyirik. Otel, nəqliyyat xərclərimiz və digər ehtiyaclarımız təmin olunur. Futbolçular kimi astronomik transfer pulu almırıq, amma klub prezidenti bütün şəraiti yaradır. Biz də komanda ilə birgə qalır, qalib gəldikdə mükafat alırıq. Məğlubiyyət təqdirində isə heç nə istəmirik".

 

Anlaşma şərtlərinə əsasən, "Çarşı" fəallarına İstanbuldan Bakıya uçuş və dönüş bileti, gündəlik 100 dollarlıq cibxərci, otel, yemək, qələbə təqdirində əlavə mükafat, evli fəalların xanımları üçün əlavə təyyarə bileti verilir. Qeyd edək ki, hazırda "Qəbələ" Azərbaycan Premyer Liqasında 12 turdan sonra 22 xalla 2-ci, Avropa Liqasında 4 turdan sonra 1 xalla C qrupunda sonuncu pillədə qərarlaşıb. (sportnet.az)


Digər xəbərlər

Xəbər xətti