Türkiyənin "Eskişehirspor" klubu makedoniyalı futbolçusu Muarem Muaremlə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Muarem və Teofanis Gekas ilə qarşılıqlı razılaşma əsasında müqavilələrin ləğv olunduğunu qeyd edən sayt hər iki futbolçuya "Eskişehirspor"dakı xidmətləri üçün üçün təşəkkür edib, onlara sonrakı karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, Muarem bu mövsümün əvvəlində "Qarabağ"dan Türkiyə klubuna transfer olunmuşdu.