"Qəbələ"nin legioneri FİFA-ya üz tutdu: 1,8 milyon avrosunu tələb edir

14:27 20 Noyabr 2015

"Qəbələ"nin hücumçusu Ermin Zets vaxtilə şərəfini qoruduğu Türkiyənin "Balıkəsirspor"dan ona olan borcunun ödənilməsini tələb edir. Sportarena.az xəbər verir ki, sözügedən klub bu oyunçuya 1,8 milyon avro borcludur.

 

Futbolçu artıq bununla bağlı FİFA-ya da şikayət ünvanlayıb. Məlumatı Türkiyə mətbuatı yayıb.

 

Qeyd edək ki, Zets "Qəbələ"yə bu yay məhz "Balıkəsirspor"dan keçmişdi.


Digər xəbərlər

Xəbər xətti