Abomeyanqdan "Borussiya"nı sevindirən qərar

16:13 20 Noyabr 2015

Pyer-Emerik Obameyanq şərəfini qoruduğu "Borussiya"da qalmağa qərar verib.

 

Sportarena.az xəbər verir ki, qabonlu hücumçu komanda yoldaşı Marko Roysa Dortmund klubundan tez bir zamanda ayrılmayacağı ilə bağlı söz verib. Bildirilir ki, Obameyanq M.Roys "Borussiya"da oynayacağı müddətə kimi bu klubdan ayrılmayacaq. Bununla bağlı onun Dortmund təmsilçisi ilə razılığa gəldiyi iddia edilir.

 

Qeyd edək ki, 60 milyon avro təzminat qiyməti olan Pyer-Emerik Obameyanqla "Barselona", "Arsenal", PSJ və "Borussiya"nın maraqlandığı iddia edilir.


Digər xəbərlər

Xəbər xətti