21 yaşadək futbolçulardan ibarət yığmadan zədəli qayıdan Elnur Cəfərovun durumuna aydınlıq gəlib. Sportarena.az-ın Lənkərana ezam olunmuş əməkdaşının verdiyi xəbər görə, gənc hücumçu bu gündən komanda ilə birlikdə məşqlərə başlayıb. Bu isə o deməkdir ki, "Xəzər Lənkəran"ın forvardı "Böyük oyun"da "Neftçi"yə qarşı forma geyinə biləcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" oyunu noyabrın 22-də keçiriləcək. "Böyük oyun"un başlama saatı isə 18:00-dır.