"Xəzər Lənkəran"dan 4 səfər qələbəsi

18:47 20 Noyabr 2015

“Xəzər Lənkəran”ın aşağı yaş qrupları başa çatan həftədə də qələbələri sıralayıblar.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uzaq Tovuz səfərinə yollanan U-17 komanda rəqibini darmadağın etməklə əbəs yerə belə uzun məsafə qət etmədiyini nümayiş etdirdi. Ağadadaş Həmidovun komandası rəqibini 7:1 hesabı ilə məğlub etdi. Bu oyunda poker etməklə Kamal Dənziyev yarışda vurduğu qolların sayını 8-ə çatdırdı (onun hesabında əvəzedicilər çempionatında da 5 qolun olduğunu unutmayaq). Kənan Həsənov bu oyunda dubl etdi, daha bir qolu isə Fərid Nağızadə rəqib qapısından keçirdi.

 

U-15 komandasını bu tur səfərdə “Qarabağ”la ciddi sınaq gözləyirdi. Komanda bu oyunda da quru hesablı qələbə qazanmağa nail oldu – 1:0. Yeganə qol penaltidən fərqlənən Tural Bayramovun hesabındadır.

 

Çərşənbə günü isə U-19 komandası “Qarabağ” səfərinə yollandı. Hafiz Əliyevin yetirmələri də 1:0 hesablı qələbə qazanmağa nail oldu. Bu oyunda da qələbə qolu penaltidən vurldu, qolun müəllifi isə Milad Bayramov oldu.

 

Səfərlər və qələbələr həftəsini U-16 komandası davam etdirdi. Təqvim üzrə Lənkəranda keçirilməli oyun qarşılıqlı razılıq əsasında paytaxtda baş tutdu. Yetirmələr bu görüşdə 6:1 hesablı qələbəyə sevindilər. Qolların müəllifləri: Elməddin Əsədullayev, Nurlan Fərəcli(2), Xəqani Sadıqov (2) və Cavid Cəfərov.

 

Bu gün isə U-15 Liqası çərçivəsində təxirə salınmış matçda komanda “Qəbələ”nin qonağı oldu. Tural Bayramov oyunda penaltidən hesabı açsa da, yekunda komanda böyük hesabla məğlub oldu – 1:4.


Digər xəbərlər

Xəbər xətti