Əsgər Abdullayev cəzalı futbolçuları bağışladı

21:47 20 Noyabr 2015

"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev komandanın iki cəzalı futbolçusunu heyətə qaytarıb. Sportarena.az xəbər verir ki, Samir Əliyevin dövründə, Topaz Premyer Liqasının 9-cu turunun AZAL-la oyunundan (1:2) sonra işinə məsuliyyətsiz yanaşdıqları üçün əsas heyətdən uzaqlaşdırılan Samir Məsimovla Məhəmməd Qurbanov yenidən geri qaytarılıb.

 

Əsgər Abdullayev isə Əliyevi əvəzlədikdən sonra bu futbolçuları bağışlamağa qərar verib. O, bu oyunçulara qarşıdakı görüşlərdə şans verməyi planlaşdırır.


Digər xəbərlər

Xəbər xətti