Komandalarımızın Latviya və Ermənistanla görüşlər üçün heyətləri açıqlandı

22:55 20 Noyabr 2015

Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət komandaları İslandiyanın Reykyavik şəhərində davam edən Avropa çempionatında bu gün VII turun görüşlərini keçirəcəklər. Sportarena.az xəbər verir ki, rəqiblər müvafiq olaraq Latviya ilə Ermənistandır.

 

Artıq komandaların heyəti açıqlanıb:

 

Kişilər
Latviya - Azərbaycan
Aleksey Şirov - Şəhriyar Məmmədyarov
İqor Kovalenko - Teymur Rəcəbov
Artur Neyksan - Arkadi Naydiç
Tom Kantan - Rauf Məmmədov

 

Qadınlar
Ermənistan - Azərbaycan
Elina Danielyan - Zeynəb Məmmədyarova
Lilit Mkrtçyan - Gülnar Məmmədova
Lilit Qaloyan - Nərmin Kazımova
Mariya Kursova - Xəyalə Abdulla

 

Görüşlər Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. 6 turdan sonra Azərbaycanın kişilərdən ibarət komandası 4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət nəticəsində 9 xalla 3-cü pillədə qərarlaşıb. Qadınlardan ibarət Azərbaycan komandası 3 qələbə və 3 məğlubiyyətlə 6 xalla 16-cıdır. Siyahıda İngiltərə, İtaliya və Çexiya şahmatçılarının da aktivində 9 xal var.

 

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı Aleksandr Xalifmanın kapitanı olduğu kişilərdən ibarət seçmə komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Arkadi Naydiç, Fikrət Sideifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət komandada isə Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla, Nərmin Kazımova və Ülviyyə Fətəliyeva təmsil edir. 66 komandanın mübarizə apardığı çempionat noyabrın 22-də başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti