Premyer Liqanın XIII turu çərçivəsində "Neftçi"ni qonaq edəcək "Xəzər Lənkəran"ın futbolçusu Elşən Rzazadə sportarena.az saytının suallarını cavablandırıb:
- Həftəsonu keçiriləcək “Neftçi” ilə matça hazırlıq necə gedir?
-Oyuna ən yüksək səviyyədə hazırlaşmışıq. Bilirik ki, "Neftçi" ilə oyun ağır olacaq. Ciddi şəkildə hazırlaşırıq ki, qalib olaq. Öz stadionumuzdur, həm azarkeşlərə, həm də rəhbərliyə qələbə sevincini yaşatmaq istəyirik.
-"Neftçi" klubuna Lənkəranda qalib gələ biləcəksinizmi?
- Oyundur, bilmək olmur. “Neftçi” də bu görüşə yaxşı hazırlaşıb. Bilirlər ki, Lənkəran səfəridir. Amma qələbə qazmaq üçün əlimizdən gələnin artığını edəcəyik.
-Lənkəranda stadiona əvvəlki kimi azarkeşlər gəlmir. Necə düşünürsən “Neftçi” ilə oyunda dolu tribunaları görə biləcəyik?
-Düzdür əvvəlki qədər oyunlarımıza azarkeş gəlmir. Amma “Neftçi” ilə oyun fərqli olur. Bu oyunun adına görə gələcəklər.
-Milli komandaya ilk dəfə dəvət olundun və meydana çıxmaq şansı da aldın.
-Çox sevindirici haldır millidə oynamağım. Əlimdən gələni edəcəm ki, milliyə həmişə dəvət olunum.
-Millidə ilk çıxışını necə dəyərləndirirsən?
-Sağolsun baş məşqçi şans verdi. Əlimdən gələni etdim. İlk çıxışım idi bəzi səhvlər oldu. Birazda olsa çıxışım məşqçinin xoşuna gəldisə, nə xoş mənə.
Vüsal MİRZƏYEV