“AAAF Park” Yaşayış Kompleksinin start verdiyi “Yeni il Kampaniyası” “Xəzər TV”-nin diqqətini cəlb edib. Kampaniya ilə bağlı olaraq AAAF Parkın rəhbəri Tofiq Heydərov vətəndaşların maraqlarına uyğun bir çox sualları cavablandırıb: “Hər yeni kampaniyamızda çalışırıq ki, yeni ailə qurmuş gənclərin maraqlarına xidmət edək.. Bizə ev almaq üçün edilən bütün müraciətləri dəyərləndirir və hər yeni kampaniyamızda bunu nəzərə alırıq.”
Xatırladaq ki, kampaniyanın şərtlərinə görə dekabr ayının 31-dək hər bir Azərbaycan vətəndaşı lkin ödəniş etmədən 10 illik ödəmə şərtləri ilə mənzil əldə edə biləcəkdir.
Tofiq Heydərov onu da vurğulayıb ki, AAAF Park yaxın gələcəyə sərmayə layihəsidir. Bu gün tikilməkdə olan binalarda uzunmüddətli ödəmə şərtləri ilə alınan mənzillər, vətəndaşlara şərait yaradır ki, AAAF Parkı həm yaşayış kompleksi, həm də gələcəkləri üçün uğurlu sərmayə kimi dəyərləndirsinlər.