"Real"ın forvardı Kərim Benzemanın "Barselona" ilə oyunda iştirakı hələ də sual altındadı.
Sportarena.az xəbər verir ki, dünən axşamki məşqdə tam qüvvəylə çalışmasına baxmayaraq, fransız hələ də 100% hazır deyil.
Baş məşqçi Rafael Benites onun əvəzinə İsko və ya Xamesi meydana buraxa bilər.
Klubun həkimləri Benzemanın zədəsinin təkrarlanacağından qorxurlar. Məhz həmin zədə səbəbilə forvard noyabr ayında meydana çıxa bilməyib.