"Xəzər Lənkəran"ın gənc futbolçusu Elnur Cəfərovun Sportarena.az saytına müsahibəsi:
-“Böyük Oyun” qabağı komandada əhval- ruhiyə necədir?
- Yaxşı kollektivimiz var, uşaqlar hamısı gəncdir və istəklidirlər. “Neftçi” 8 ildir Lənkəranda qalib gələ bilmir. Bu seriyanı davam etdirmək istəyirik.
-“Neftçi” ilə oyunda hansı nəticə üçün oynayacaqsınız?
-10 komanda var. Bunlardan yalnız “Neftçi” ilə oyun tam başqadır. “Neftçi” ilə oyun olan həftə başqa cür hazırlaşırıq. Hər şey qalibiyyət üçün olacaq. Ən pis ehtimalda bərabərliyə oynayacağıq. Əsas məqsədimiz 3 xaldır.
-Milli komanda olarkən zədələnmişdin. “Böyük oyun”da çıxış edəcəksənmi?
-Hər şey yaxşıdır. Müalicə olunmuşam. Düzdür biraz problem var amma bu oyunu heç vaxt buraxmaram. Ağrı olsa belə çıxış edəcəm.
-Millimizin Türkiyə komandası ilə oyununda baş məşqçi ilə aranda gərginlik yaşanmışdı. Nazim Süleymanovla danışmısan bu haqda?
-Baş məşqçi ilə danışmışam. Mən 2-ci sarı vərəqəni aldığım üçün növbəti matçı buraxmalı olacaqdım. Nazim müəllim bildirdi ki, gedib istirahət edə bilərəm. Qovulmağım barədə söz-söhbətlər yayılmışdı. Bunların hamısı boş söhbətlərdir, hər şey yaxşıdır. Əgər nəsə problem olsa idi, U 21 -ə dəvət olunmazdım.
Vüsal MİRZƏYEV