"Bu gün qazanılan uğurlar göstərdi ki, düzgün yoldayıq"

02:02 21 Noyabr 2015

Çinin Tsindao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışın ilk günündə Azərbaycan millisinə qızıl medal qazanıran daha bir təmsilçimiz də İlqar Müşkiyevdir. Uzaq Şərqdə bayrağımızı dalğalandıran idmançımız yarışa hazırlıqdan və rəqiblərindən bəhs edib:


“Çindəki yarışa hazırlıq yüksək səviyyədə keçib, yeni rəhbərlik göstərdiyi qayğının nəticəsində artıq yüksək yerlər uğrunda mübarizə aparırıq. Bu günki qazanılan uğurlar göstərdiki düzgün yoldayıq. Olimpiya oyunları öncəsi bütün yarışlar gərgin keçir, bu yarışda istisna deyildi. Artıq zaman göstərir ki, yüksək nəticə qazanmağa layiqiq və bu gündə bunu sübut etddik.
Cüdo artıq o dədərcədə inkişaf edib ki, hansısa bir idmançını xüsusi qeyd etmək düzgün çıxmaz. Bütün görüşlərə final görüşü kimi yanaşırdım. Gördüyünüz kimi rəqiblərim də güclü idmançılar idi.
Qazaxstan cüdosu son zamanlar çox inkişaf edib, 60 kq çəki dərəcəsində 4 güclü rəqib var. Bugünki rəqibimin güləş stili mənim stilimə çox uyğun olduğuna görə açıq mübarizəyə üstünlük verdik. Rəqibin sonda yorulması mənim xeyrimə görüşü bitirməyimə şərait yaratdı”.
Müşkiyev komanda yoldaşı Orxan Səfərovla döyüş haqda bəzi məqamları dilə gətirib:
“Bildiyiniz kimi Orxan Səfərov 60 kq çəki dərəcəsində öz sözünü deyən idmançılardandır. Baxmayaraq ki, 5 aydır zədəsinin bərpası ilə əlaqədar yarışlarda iştirak etməyib və döyüşümüz çox gərgin keçdi”.

 

Çüdoçumuz gələn həftə Koreyada keçiriləcək Qran-pri yarışı barədə də fikir söyləyib: "Çindəki yarışın ilk günü göstərdi ki, hazırlığımız yüksək səviyyədədir və fikrimcə Koreyada da medallar uğrunda mübarizə apara biləcəyik. Hər səhər 4 saat ümumi fiziki hazırlığın nəticəsinin bəhrəsi artıq görünməkdədir. İnşallah bu tempdə davam etməyə çalışacağıq".


Digər xəbərlər

Xəbər xətti