"Azərbaycanda məni hər şey qane edir"

12:02 21 Noyabr 2015

Gürcüstan milli komandasının sabiq futbolçusu, hazırda AZAL klubunun yarımmüdafiəçisi Sandro Quruli Ukraynanın "Sport.ua" nəşrinə müsahibə verib.
Sportarena.az xəbər verir ki, o, müsahibəsi zamanı Azərbaycanda hər şeydən razı olduğunu bildirib:

"Aydın məsələdir ki, hamı "Real" və ya "Barselona"da oynamaq istəyir. Lakin buna layiq olmaq lazımdır. Mən layiq olmadım. Amma mən bugünkü vəziyyətimdən razıyam. Allaha şükürlər olsun ki, mən futbol oynayıram və bundan zövq alıram. Mən yaxşı formadayam. Məşqçi və klub rəhbərliyi mənə etimad göstərir. Azərbaycanda məni hər şey qane edir. Ümid edirəm ki, bundan sonra da yaxşı olacaq".(report)


Digər xəbərlər

Xəbər xətti