Rasim Ramaldanov söz vermədi: "Yalançı olmaq istəmirəm"

14:01 21 Noyabr 2015

"Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanovun Sportarena.az saytına müsahibəsi:

 

-“Neftçi” ilə oyuna hazırlıq necə gedir?
-Artıq 1 həftədir ki, sırf bu oyuna hazırlaşırıq. Komandada itki yoxdur. Millidə olan yoldaşlarımız da bizə qoşulub. Çalışacağıq 3 xal qazanaq. Düzdür “Neftçi” ilə görüşlər həmişə gərgin olur.

 

-Hər iki komanda artıq əvvəlki gücündə deyil. Necə düşünürsən “Böyük oyun” adlandırmaq olarmı bu matçı?
-Əvvəlki gücdə olmasaq da, 2-3 ildir ki, zəif çıxış etsək də “Neftçi” ilə oyunlarda həmişə mübarizə olur. Bu dəfə də maraqlı oyun olacaq. Azarkeşləri də çağırıram bizə dəstək olsunlar. Biz də onları sevindirməyə çalışacağıq.

 

-Azarkeşləri sizə dəstək olmağa çağırdın. Bəs onlara qələbə sözü verə bilərsənmi?
-Bu futboldur. Söz verə bilmərəm, yalançı olmaq istəmirəm. Amma əlimizdən gələni edəcəyik.

 

-Bu mövsümdə yaxşı çıxış etsən də milliyə dəvət almırsan. Bunun səbəbini nədə görürsən?

 - Həmişə millidən dəvət gözləyirəm. Vaxt gələr yəqin yendən dəvət olunacam. Millidə olmasam belə qələbə qazanmağını arzulayıram həmişə.

 

-Milliyə dəvət olunmamağını özünə qarşı haqsızlıq kimi görmürsən?
-Nə deyə bilərəm. Hər şey göz qabağındadır. Yaxşı oynayıramsa çağırmalıdırlar. Çağırmırlarsa yəqin hələ hazır deyiləm.

Vüsal MİRZƏYEV


Digər xəbərlər

Xəbər xətti