Belçikada terror təhlükəsi: "Qarabağ"ın rəqibinin oyunu təxirə salındı

18:05 21 Noyabr 2015

Belçika çempionatında bu gün keçirilmə olan "Lokeren" - "Anderlext" oyunu baş tutmayacaq. Sportarena.az xəbər verir ki, terror təhdidləri səbəbindən qarşılaşma təxirə salınıb.

 

Son olaylarla bağlı Brüsseldə təhlükəsizlik tədbirləri yüksək səviyyədə olsa da, paytaxtdan 75 kilometr aralıda keçirilməli olan matçın oynanılmamasına qərar verilib. Liqadakı digər oyunların isə baş tutacağı bildirilib.

 

Qeyd edək ki, "Anderlext" Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparır.


Digər xəbərlər

Xəbər xətti