"Maraqlı oyun alındı. Biz kifayət qədər güclü komandaya qarşı oynadıq. Demirəm ki, udulası oyun idi".
Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib. O, Premyer Liqanın XIII turunda "Qəbələ" ilə 2:2 hesablı heç-heçəni şərh edib:
"Problemlərimiz var. Yenə də yaradılan qol imkanlarından istifadə edə bilmədik. Sizə yalan demək istəmirəm. Bu problemi aradan qaldırmaq üçün işləyəcəyimizi deyə bilmirəm, çünki bu tip keyfiyyətlər futbolçunun özündən olmalıdır.
Heyətdə iki eynisəviyyəli qapıçı olanda onların hər birinə şans vermək lazımdı. Nodar Məmmədovun əsas heyətdə olmaması isə Bəxtiyar Həsənalızadənin qayıdışı ilə bağlıdır".