Roman Qriqorçuk: "Bu gün olan səhvlərə görə utanıram"

20:07 21 Noyabr 2015

"Müdafiədə boşluqlar var idi. Əvvəlki oyunlarla müqayisədə fərqli səhvlər etdik. Misal üçün “Kəpəz”lə oyunun son dəqiqələrində bütün müdafiəçilər irəli atılmışdı. Məhz həmin vaxt bizə əks hücumdan qol vurmuşdular".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib. Ukraynalı mütəxəssis Premyer Liqanın XIII turunda "Sumqayıt"la səfər heç-heçəsinə şərh verib:

 

"Futbolçuların yerində mən də olsaydım, hücuma atılardım. Həmin məğlubiyyətdən sonra futbolçulara heç nə deməmişdim. Amma bu gün olan səhvlərə görə utanıram, utanc hissi var. Oyunun ilk 15 dəqiqəsində olan səhvləri qarşısına böyük hədəflər qoyan komanda etməməlidir. Düşünürəm ki, belə səhvlər 10 oyundanbir ola bilər ki, bu da oldu. İlk qolda çox kobud səhvimiz vardı".


Digər xəbərlər

Xəbər xətti