Şahin Diniyev etiraf etdi: "Qorxaq futbol oynadıq"

22:31 21 Noyabr 2015

Azərbaycan Premyer Liqasının XIII turunda “Qarabağ” növbəti qələbəsini qazandı. Ağdam klubu “Kəpəz”i 3-0 hesabı ilə üstələdi. 

Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi): “Belə bir oyundan sonra danışmaq bir az çətindir, amma danışmamaq da olmur. Bizim itkilərimiz çox idi, lakin  bütün bunlar məğlubiyyətə əsas vermir, səbəb deyil. Meydançada da zədəlilərimiz az deyildi. Bundan əlavə, cinah müdafiəçisinin olmaması bizi məcbur etmişdi ki, sistemi dəyişək. İlk hissədə Çumbinyonun fərdi yaratdığı qol epizodundan başqa “Qarabağ”ın real şansı olmadı. Futbolçularım ilk hissədə taktiki cəhətdən ağıllı oynadılar.  İkinci hissədə müəyyən üstünlüyümüz vardı. İtiriləcək bir şey yox idi. Ona görə də hücuma atıldıq, oyun 1-1 hesabı ilə də bitə bilərdi. Sadəcə, oyunun sonlarında uşaq səhvlərindən qollar buraxdıq. Lakin irəli baxmaq lazımdır, uğur qazanmaq üçün səhvləri minimuma endirmək vacibdir. “Qarabağ” bizim top komandamızdır, səhvləri bağışlamır. “Qarabağ”a “Tottenhem”lə oyunda uğurlar arzu edirəm. Etiraf edim ki, biz ilk  hissədə qorxaq futbol oynadıq, ikinci hissədə isə  sərgilədiyimiz futbol xoşumuza gəldi”. 


Digər xəbərlər

Xəbər xətti