Azərbaycan Premyer Liqasının XIII turunda “Qarabağ” növbəti qələbəsini qazandı. Ağdam klubu “Kəpəz”i 3-0 hesabı ilə üstələdi.
Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Çox vacib 3 xal qazandıq. Oyun bizim üçün ağır keçdi, rəqib yaxşı müdafiə olundu. Matçın son 15 dəqiqəsində açıq futbol gördük və bizim işimiz bir qədər rahatlaşdı. Düşünürəm ki, Şahin müəllim çox yaxşı bir oyun qurmuşdu. Ümumiyyətlə, son vaxtlar “Kəpəz” öz oyunu ilə rəqiblərə çətinlik yaradır, onlara uğurlar arzu edirəm.
Armenteros zədəlidir. Yoxlama görüşündə topuğundan zədə almışdı. Ümumi durumu yaxşıdır və sabahdan komanda ilə məşqlərə başlayacaq. Rəşad Sadıqov isə fərdi məşqlərə start verib, ümid edirəm ki, “Tottenhem”lə oyuna qədər hazır olacaq”.