Tbilisidə Şərqi Avropa Voleybol Zonaları Assosiasiyasının (EEVZA) çempionatı keçirilir.
Yarışda voleybol üzrə 18 yaşadək qızlardan ibarət Azərbaycan millisi də birincilik uğrunda mübarizə aparır.
Çempionatın ilk günündə millimiz iki oyun keçirib. Ukrayna millisinə 0:2 hesabı ilə məğlub olan voleybolçularımız Estoniya yığmasına 2:1 hesabı ilə qalib gəliblər.
Millimiz noyabrın 21-də Rusiya və Latviya komandaları ilə qarşılaşacaq.
Turnirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Estoniya, Rusiya və Latviya yığmaları iştirak edir.