Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları davam edir. Sportarena.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək.
Bunlardan da ən maraqlısı Lənkəranda olacaq. Turun mərkəzi görüşündə "Xəzər Lənkəran" "Neftçi"ni qəbul edəcək.
Digər görüş isə Bayılda baş tutacaq. "Rəvan" öz meydanında "Zirə" ilə qarşılaşacaq.
Topaz Premyer Liqası, XIII tur
22 noyabr
18:00. "Xəzər Lənkəran" – "Neftçi" 0:2
Qollar: Elşən Abdullayev, 60, Fəhmin Muradbəyli, 75
Hakimlər: Əliyar Ağayev, Knyaz Əmiraslanov, Rza Məmmədov, Nail Nağıyev
“Xəzər Lənkəran” mərkəzi stadionu
20:00. "Rəvan" – "Zirə" 1:0
Qol: Tural Qürbətov, 6
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, İsgəndər Əliyev, İnqilab Məmmədov
“Bayıl Arena”