Gümüş medal qazanan cüdoçumuz: "Balaca səhvim oldu və ona görə məğlub oldum"

13:16 22 Noyabr 2015

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışın ikinci günündə Rüstəm Orucov yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıb.
Cüdoçumuz yarışdan sonra turnirlə bağlı fikirlərini bildirib:
“Çox güclü yarış keçdi. Bildiyiniz kimi olimpiyadaya 300 xal verirdi. Rəqiblərin hamısı ciddi hazırlaşıb gəlmişdilər. Təşkilatçılıqdan da çox razı qaldım, hər şey yüksək səviyyədə idi.
Qızıla çox yaxın idim, bir balaca səhvim oldu və ona görə məğlub oldum. Baş məşqçim yaxından güləşməmək tapşırığı vermişdi, amma bir anlıq boşaldım, rəqibi yaxına buraxdım və ona görə də qızıl medal götürə bilmədim.
Koreya Qran-Prisi üçün çəkimi stabil saxlamağa çalışıram. Bir həftə sonra yarışdı və orda da Allahın köməkliyi ilə uğur qazanacağıma inanıram”.


Digər xəbərlər

Xəbər xətti