UEFA-dan Cüneyt Çakıra növbəti təyinat gəlib. Sportarena.az xəbər verir ki, türkiyəli hakim Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu idarə edəcək. FİFA referisi "Barselona" - "Roma" matçında ədaləti qoruyacaq.
Çakıra Bahattin Duran və Tarık Onqun köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Mustafa Eyisoy yerinə yetirəcək. Qapı arxası hakimlər isə Hüseyn Göçək və Barış Şimşək olacaq.
Qeyd edək ki, "Barselona" - "Roma" oyunu noyabrın 24-ü, Bakı vaxtı ilə 23:45-də başlayacaq.