"Futbolçularımın hər birinə güvənirəm, amma..." - Əsgər Abdullayev

20:43 22 Noyabr 2015

"Oyunun çətin olacağını bilirdim. “Neftçi” və “Xəzər Lənkəran”ın iştirakı ilə keçirilən görüşlər həmişə gərgin alınır. Futbolçulara verilən tapşırıqları yerinə yetirdiklərinə görə təşəkkür edirəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev deyib. Təcrübəli mütəxəssis Premyer Liqanın XIII turunda baş tutan "Böyük oyun"da "Xəzər Lənkəran" üzərində səfər qələbəsinə (2:0) şərh verib:

 

"Komandamızda psixoloji durum yaxşı deyildi. Oyundan öncə futbolçularla görüşdüm, söhbət elədik, sistemi dəyişdim və bütün bunların nəticəsi müsbət oldu. "Neftçi"nin yerli oyunçuları böyük potensiala malikdirlər. Futbolçularımın hər birinə güvənirəm. Amma daha yaxşı yerlərə oynamaq üçün yeni bir neçə oyunçuya ehtiyac var. Əgər futbolçu əsas heyətə düşə bilmirsə, əvəzedici heyətdə öz formasını qorumalıdır. Bu baxımdan Samir Əliyevin fikrinə hörmətlə yanaşıram".


Digər xəbərlər

Xəbər xətti