"Neftçi"nin yarımmüdafiəçisi Kaue da Silva Premyer Liqanın XIII turunun "Xəzər Lənkəran"la oyunundan sonra müsahibə verib. O, Sportarena.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Oyun haqqında nə deyə bilərsiniz?
- Oyunumuz yaxşı alındı. Br müddət idi qələbə qazana bilmirdk. Şadam ki, bu gun bunu bacardıq.
- Yeni baş məşqçi komandada nəyi dəyişdi?
- Baş məşqçi dəyişəndə bəzi ideyalar da dəyişir. O, futbolçuları oyuna kökləmək üçün düzgün sözlər tapıb, futbolçular da onun ideyalarını anlayıb və bunu meydanda göstərib.
- Artıq "Neftçi"dən növbəti oyunlarda da bu cür oyun gözləməyə dəyərmi?
- Nəinki yaxşı oynamaq, hətta nəticələrimizi də yaxşılaşdırmalı, turni cədvəlindəki yerimizi irəliyə doğru dəyişməliyik.
- Oyundan sonra klub rəhbərliyi futbolçularla görüşdə nə dedi?
- Vacib qələbə qazandığımıza görə bizi təbrk elədi. Çingiz müəllim ötənilki matçı xatırlatdı. Onda hesabda 2 top fərqi ilə öndə olsaq da, sonradan bu üstünlüyü qoruya blmədiymizi qeyd etdi. Amma bu dəfə elə olmadı. Qələbəni qoruduq. Özü də çox vacib qələbədi.
- Problem nə ilə bağlı idi?
- Samir Əliyevin rəhbərliyi altında çox məşq edirdik, çalışırdıq. Əsgər müəllim də həmin məşqi keçir. Fərq baş məşqçinin futbolçuları oyuna motvasiyasındadı. Əsgər müəllim bunu daha yaxşı etdi.
- “Neftçi” son 8 ildə “Xəzər Lənkəran”ı Lənkəranda məğlub edə bilmirdi. Bu statistikadan xəbəriniz var?
- Bu, çox yaxşı haldı. Oyundan əvvəl bunu bilirdik. Uğursuz seriyaya son qoyduğumuza sevinirik.