Premyer Liqanın XII turunda doğma meydanda "Neftçi"yə 0:2 hesabı ilə məğlub olan "Xəzər Lənkəran" sərbəst buraxılıb.
Sportarena.az "12cioyuncu.info"ya istinadən xəbər verir ki, komanda iki gün ərzində istirahət edəcək. "Ağ-yaşıllar" həftənin çərşənbə günü, noyabrın 25-də doğma şəhərdə bir araya gələrək hazırlıqlara başlayacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran" Premyer Liqanın XIV turu çərçivəsində, noyabrın 28-də səfərdə "Zirə" ilə görüşəcək.