3 qol, iki yubiley

13:46 23 Noyabr 2015

“Kəpəz” cari mövsümdə ilk dəfə böyük hesabla uduzub.

 

Sportarena.az xəbər verir ki, Topaz Premyer Liqasının XIII turunun “Qarabağ”la səfər oyununda 3 cavabsız qol buraxan Gəncə klubu sonuncu dəfə 2013-cü il mayın 20-də AZAL-la səfər oyununda ağır yenilgi alıb.

 

935 gün əvvəl paytaxt təmsilçisi 4:0 hesabı ilə qalib gəlib. Bu, qərblilərin ölkə çempionatları tarixində 32-ci böyükhesablı məğlubiyyətidir. Cari mövsümdə “Zirə”ni 4:1 hesabı ilə məğlub edən “Qarabağ” 2-ci dəfə böyük hesabla qalib gəlib. Ağdam klubu tarixində 86-cı dəfə 3 və ya daha çox top fərqi ilə qələbə qazanıb. Bu göstəricidə 3-cü olan “Qarabağ” “Kəpəz”lə fərqi 5-ə endirib. Belə ki, 2-ci olan qərblilər 91 böyükhesablı qələbə əldə edib. İki komanda arasında oyunlarda 9-cu dəfə belə nəticə qeydə alınıb. İndiyədək gəncəlilər 5, ağdamlılar 4 dəfə rəqibini böyük fərqlə məğlub edib.

 

13-cü turun “Qarabağ” – “Kəpəz” matçında vurulan qollardan ikisi yubiley xarakteri daşıyıb. 2-ci qola imza atan Dani əyalət klublarının görüşlərində 100-cü topun müəllifi olub. Riçard Almeydanın matçda vurduğu top ağdamlıların “Kəpəz”in qapısından keçirdiyi yubiley – 50-ci qoldur. 39 dəfə üz-üzə gələn rəqiblərin oyunlarında “Kəpəz” 51, “Qarabağ” 50 top vurub.


Digər xəbərlər

Xəbər xətti