Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Mölde" - "Fənərbaxça" matçının hakimi müəyyənləşib. Sportarena.az xəbər verir ki, noyabrın 26-sı, Bakı vaxtı ilə 00:05-də başalayacaq matçı Miroslav Zelinka idarə edəcək.
Xatırladaq ki, çexiyalı referi ötən mövsüm Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ" - "İnter" matçında Ağdam klubunun təmiz qolunu hesaba almamaqla, komandamızın "pley-off"a yolunu kəsmişdi.