Həmzə Həmzəoğlunun istefasından sonra "Qalatasaray"da boş qalan baş məşqçilik postunun yeni sahibi müəyyənləşib. Sportarena.az xəbər verir ki, "sarı-qrımızılılar"ın sükanı Mustafa Dənizliyə tapşırılıb.
Təcrübəli mütəxəssis 3-cü dəfə İstanbul klubunun başına keçib. Onunla 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Dənizli bir müddət "Xəzər Lənkəran"ı da çalışdırıb.