Zaur Svanadze: "AZAL ilə matç həmişə ağır olur"

19:48 23 Noyabr 2015

Premyer Liqanın XIII turunda evdə AZAL-ı qəbul edən "İnter" 2:0 hesablı qələbə qazanıb. Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi oyunla bağlı fikirlərini açıqlayıb:

"Mən AZAL ilə oyunun çətin keçəcəyini bilirdim. Ümumiyyətlə, AZAL ilə matç həmişə ağır olur, bu gün də bizə qarşı sona qədər təzyiq etdilər. Çətin görüşün fonunda 3 xal qazandığımız üçün şadam. Oyuna sonradan daxil olan Abbas Hüseynova çox inanıram, nə vaxt hazır olur, o zaman meydançaya çıxır".


Digər xəbərlər

Xəbər xətti