Fransanın paytaxtı Parisdə bir qrup futbol azarkeşi türkiyəli tərəfdarlara mesaj göndərib.
Sportarena.az xəbər verir ki, ölkə çempionatında "Loryen" və PSJ komandaları arasında keçirilmiş oyundan öncə fransalı azarkeşlər "Türkiyəli azarkeşlər AVRO-2016-ya xoş gəlməyəcək" yazılmış pankart açıblar.
Fransalı azarkeşlərin bu addımı Yunanıstan və Türkiyə komandaları arasında keçirilmiş yoldaşlıq görüşü ilə əlaqədardır. Noyabrın 17-də baş tutmuş görüşdə Parisdə baş verən terrorda ölənlərin xatirəsinə birdəqiqəlik sükut elan olunub. Bu anda türkiyəli azarkeşlər sükutu pozub.
Qeyd edək ki, Türkiyə yığması Fransada keçiriləcək AVRO-2016-ya vəsiqə qazanıb.(report)