“Real”ın prezidenti Florentino Perez bu gün baş tutan mətbuat konfransında komandanın ümumi vəziyyəti və baş məşqçi Rafael Benitesin gələcəyi barədə danışıb.
Sportarena.az xəbər verir ki, Perez – “İdarə heyyəti ilə toplantı etdik və komandanın daxilində olan bəzi problemləri dəyərləndirdik. Baş məşqçimiz Rafael Benitesi sona qədər dəstəkləyir və güvənirik. Rafael Benites çox bacarıqlara sahib olan bir baş məşqçidir və komandanı idarə etməyə yeni başladı. Rahat bir şəkildə işləyərək bütün hədəflərinə çatacaq. Çox gözəl idarə heyyətimiz və hər şeyin yaxşısına laiq olan azarkeşlərə sahibik. Benites uğur qazandırmaq üçün bu komandanın baş məşqçisi oldu. Acınacaqlı vəziyyətdəyik və onun da həmişəkindən daha çox dəstəyə ehtiyacı var. Şənbə günü oyundan sonra Benites ilə görüşdüm çox yaxşı idi. Bəzi oyunçularımız isə tamam çökmüşdü.
Bəzi azarkeşlərimiz hər fürsətdə mənim getməyimi istəyir. Amma o dedikləri mənə yox “Real”a qarşıdır. Bu gün prezident mənəm, sabah başqası olacaq. Əsas komandamızın uğurlarıdır.” deyə fikir bildirib.