“Qarabağ”la oyundan sonra bir günlük istirahətə buraxılan “Kəpəz” bu gün məşqləri bərpa edib. “Sarı-göylər” Topaz Premyer Liqasının XIV turunda Gəncədə qarşılaşacağı “İnter”lə oyuna hazırlaşır.
Komandanın bu günə olan məşqi “Dalğa Arena”da baş tutub. Sabah futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçəcək.
Noyabrın 25-də “Kəpəz” Yevlaxa gedəcək. Bir gün orada məşq edəcək komanda ayın 26-da Gəncəyə gələcək. Oyun öncəsi son hazırlıq prosesi isə matçın keçiriləcəyi Gəncə şəhər stadionunda baş tutacaq.