“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun PAOK-la (Saloniki, Yunanıstan) oyununun hazırlıqlarına start verib. Azərbaycan Premyer Liqasının XIII turunun noyabrın 21-də “Sumqayıt”la səfərdə keçirilən oyunundan (2:2) sonra məşqlərinə 1 günlük fasilə verən “qırmızı-qaralar” hazırlıqlarını bərpa edib. Komanda dünən Qəbələdə məşq keçib. Son görüşdə iştirak edənlər fiziki hazırlıqla kifayətlənibsə, digər oyunçular topla məşq edib. Bu gün “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda növbəti məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi səhər baş tutacaq.