“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda PAOK-la qarşılaşacağı oyun üçün Yunanıstana gedəcəyi tarix məlum olub.
Sportarena.az xəbər verir ki, “Qəbələ” Salonikiyə noyabrın 25-də yollanacaq. Oyunöncəsi son məşq də qarşılaşmanın keçiriləcəyi arenada baş tutacaq.
Xatırladaq ki, qrupda son səfər oyununa çıxacaq komanda PAOK-la noyabrın 26-da baş tutacaq qarşılaşması Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. Oyunu danimarkalı hakimlər briqadası idarə edəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi
V tur, 26 noyabr
C qrupu
00:05. PAOK (Saloniki, Yunanıstan) - “Qəbələ”
Baş hakim: Yakob Kehlet (Danimarka)
Baş hakimin köməkçiləri: Henrik Larsen, Lars Riks (hər ikisi Danimarka)
Əlavə köməkçi hakimlər: Mads-Kristoffer Kristoffersen, Peter Kyesqard-Andersen (hər ikisi Danimarka)
Dördüncü hakim: Lars Hummelqard (Danimarka)
UEFA nümayəndəsi: Kris Bellon (Belçika)
Hakim-inspektor: Uilyam Yanq (Şotlandiya)
Saloniki. “Tumba” stadionu