İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.
Premyer Liqanın XIII turunun “Sumqayıt” – “Qəbələ” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Premyer Liqanın XIII turunun “Rəvan” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Premyer Liqanın XIII turunun “İnter” – AZAL matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
“İnter” klubunun oyunçusu Nizami Hacıyev meydançaya protokolda qeyd olunduğu 8 №-li forma əvəzinə 80 №-li forma ilə çıxıb. Oyunun 12-ci dəqiqəsində hakimin göstərişi ilə formasını dəyişib.
Bununla əlaqədər olaraq İntizam Komitəsi "İnter" klubunun yuxarıda göstərilmiş hadisəyə cavabdeh olan şəxslərinin işinə daha məsuliyyətlə yanaşmasını tələb edir.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun “Rəvan” – “Zirə” matçında “Rəvan” klubunun 5, “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur.
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun “İnter” – AZAL matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
Oyunun 29-cu dəqiqəsində AZAL klubunun 49 №-li futbolçusu Məhəmməd Quliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.