FİFA Etika komitəsi Mişel Platinini ömürlük futboldan kənarlaşdırmağa çalışır. Sportarena.az xəbər verir ki, bu barədə UEFA prezidentinin vəkili Tibo d`Ale "Associated Press"ə açıqlamasında deyib.
FİFA-nın Arbitraj Palatası noyabrın 23-də Platini və Blatterə qarşı iş açıb.
Qeyd edək ki, İsveçrənin federal ədliyyə bürosu sentyabrın 25-də FİFA prezidenti Yozef Blatterə qarşı ittiham irəli sürmüşdü. Belə ki, isveçrəli futbol funksioneri 2011-ci ildə Platiniyə 2 milyon frank pul verdiyini etiraf etmişdi. Platini isə bu vəsaitin 1999-2001-ci illərdə gördüyü işə görə hesabına köçürüldüyünü bildirmişdi.