Bezotosnı PAOK-a qarşı oynayacaqmı?

19:01 24 Noyabr 2015

"Qəbələ" Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində qarşılaşacağı Yunanıstan PAOK-u ilə oyuna hazırlığı davam etdirir. Sportarena.az "azerisport.az"a istinadən xəbər verir ki, bölgə klubunun bu vacib oyunda əsas qapıçısı Dmitri Bezotosnının xidmətindən yararlana bilməsi istisna edilmir.

 

Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "Kəpəz"lə ev oyununda sıradan çıxan qolkiper artıq zədəsini sağaldıb. O, hazırda komanda ilə birgə məşq edir. Bu üzdən də təcrübəli qapıçının növbəti matçda meydana çıxması üçün heç bir problem qalmayıb.

 

Qeyd edək ki, PAOK - "Qəbələ" matçı noyabrın 26-dan 27-nə keçən gecə keçiriləcək və saat 00:05-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti