Bu gün Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq. Sportarena.az xəbər verir ki, A, B, C və D qruplarında 8 görüş keçiriləcək.
Gecənin maraqlı qarşılaşmalarından biri Madriddə baş tutacaq. Türkiyənin ÇL-da yeganə təmsilçisi "Qalatasaray" İspaniyada "Atletiko"nun qonağı olacaq. İstanbul klubu bu oyunda da xal itirəcəyi təqdirdə, qrupdan çıxmaq xəyalı suya düşəcək.
Gecənin digər oyunları isə bunlardır:
Çempionlar Liqası, qrup mərhələsinin 5-ci turun oyunları
25 noyabr
A qrupu
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Real" (Madrid, İspaniya) 3:4
"Malmö" (İsveç) - PSJ (Fransa) 0:5
B qrupu
CSKA (Moskva, Rusiya) - "Volfsburq" (Almaniya) 0:2
"Mançester Yunayted" (İngiltərə) - PSV (Hollandiya) 0:0
C qrupu
"Astana" (Qazaxıstan) - "Benfika" (Portuqaliya) 2:2
"Atletiko" (Madrid, İspaniya) - "Qalatasaray" (Türkiyə) 2:0
D qrupu
"Yuventus" (İtaliya) - "Mançester Siti" (İngiltərə) 1:0
"Borussiya" (Münhenqladbax, Almaniya) - "Sevilya" (İspaniya) 4:2