Dünya çempionatında 3-cü gün: Medalsız qaldıq

11:18 25 Noyabr 2015

ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatı davam edir. Sportarena.az xəbər verir ki, yarışların üçüncü günü körpücük üzərinə daha 2 atletimiz çıxıb.

 

77 kq çəki dərəcəsində mübarizə aparan Əfqan Bayramov və Elxan Əliquluzadə medal sayımızı artırmağa çalışsalar da, bunu bacarmayıblar.

 

C qrupunda yer alan Bayramov yekunda 324 kq nəticə göstərib. Birdən qaldırmada 140, təkanla qaldırmada 184 kq-lıq ağırlığın öhdəsindən gələn atlet öz qrupunda 29-cu yeri tutub.

 

Əliquluzadə isə komanda yoldaşı ilə müqayisədə daha yuxarı pillədə qərarlaşıb. O, birdən qaldırma hərəkətində son yanaşmada 154 kq-ı ram edib və 7-ci olub. Ancaq təkanla qaldırma hərəkətində bütün rəqiblərini üstələyən 20 yaşlı atlet 203 kq-ı başı üzərinə qaldıraraq, 1-ci yeri tutub. Toplamda 357 kq (154 kq + 203 kq) nəticə göstərən Əliquluzadə 6-cı pillədə yer alıb. O, 203 kq çəkini başı üzərinə qaldırmaqla gənclər arasında dünya rekordunu da yeniləyib. Bu yarışadək rekordun sahibi türk Taner Sağırın Afina Olimpiadasında müəyyənləşdirdiyi rekord 1 kq artırıb.


Digər xəbərlər

Xəbər xətti