Azərbaycandan imtina etdi, dünya çempionu oldu

11:35 25 Noyabr 2015

ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatında 77 kq çəki dərəcəsinin qalibi həmyerlimiz Nicat Rəhimov olub. Sportarena.az xəbər verir ki, amma o, bu qızılı ölkəmiz üçün deyil, Qazaxıstan üçün qazanıb. Ötən il Azərbaycan yığmasından imtina edən 22 yaşlı idmançı birdən qaldırmada 165 kq, təkanla qaldırmada 207 kq çəkini ram edib.

 

Maraqlıdı ki, KXDR atleti Sonq Kim Kvanq da Rəhimov kimi toplamda 372 kq çəkinin öhdəsindən gəlib. Lakin birdən qaldırmada 171 kq, təkanla qaldırmada isə 201 kq nəticə göstərən asiyalı şəxsi çəkisinin həmyerlimizdən 1,12 kq ağır olması səbəbindən ilk pilləni ələ keçirə bilməyib.

 

Qeyd edək ki, Azərbaycan millisinin heyətində hələlik 2 medal var. Boyanka Kostovanın (58 kq) çempion olduğu yarışda Valentin Xristov (62 kq) bürünc medal qazanıb. Qarşıdakı günlərdə isə daha 5 idmançımız mübarizəyə qoşulacaq.


Digər xəbərlər

Xəbər xətti