"Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Ötən turdakı ağır məğlubiyyəti azarkeşlərə unutdurmaq istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik".
Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Bəxtiyar Soltanova Azərbaycan Premyer Liqasının 14-cü turunda "İnter"lə oyun öncəsi klubun saytına deyib. O, çempionatda zəif rəqibin olmadığını bildirib:
"Bütün rəqiblər güclüdür, demək olar ki, çempionatda zəif komanda yoxdur. Amma yenə də biz meydana qələbə üçün çıxacağıq. Başqa yolumuz yoxdur. Üç xal qazanmaqla komandamızın hansı məqsədlər üçün mübarizə apardığını ortaya qoyacağıq. Mütləq xal ehtiyatını artırmalıyıq".
Sultanov komandasının gücünə güc qatmaq üçün nə lazımdısa, edəcəyini vurğulayıb: "Üzərimə düşəni edib, "Kəpəz"in uğur qazanmasına töhvə vermək istəyirəm. Ağdam klubu ilə oyunda cəzalı olduğumdan oynaya bilmədim. Bu səbəbdən daha çox istirahət etmək imkanım olub. Qələbə qazanmaq üçün çox çalışmalıyıq. Mübarizəni sonadək aparmaq lazımdır".