"Ağır oyun olacaq, lakin biz sonadək mübarizə aparacağıq".
Sportarena.az xəbər verir ki, bunu "sportnet.az"a açıqlamasında "Qəbələ"nin futbolçusu Ermin Zets Yunanıstanda PAOK-la keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin V tur matçı öncəsi deyib.
Bosniya və herseqovinalı hücumçu Bakıdakı oyunu səfərdə də nümayiş etdirəcəklərini bildirib: "Biz hələ ilk oyunda göstərdik ki, nəyə qadirik. Həmin matçda qolsuz heç-heçə qeydə alınsa da, xarakter nümayiş etdirmişdik. Bu oyunda da yaxşı şansımız var. Qələbə qazanmaq üçün oynayacaq, sona kimi mübarizə aparacağıq".
Zets PAOK-un çılğın azarkeşlərinin onlara problem yaratmayacağını da əlavə edib.