Avroliqa matçında terror təhlükəsi

13:41 25 Noyabr 2015

Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək "Brügge" - "Napoli" matçı boş tribunalar önündə oynanacaq. Sportarena.az xəbər verir ki, bu barədə "Brügge" rəhbərliyi qərar qəbul edib.

 

Səbəb kimi ölkədə terror aktları təhlükəsi göstərilib. Öncədən matçda yalnız qonaq komanda azarkeşlərinin olmaması planlaşdırılırdı. Lakin sonradan Belçika hökuməti oyuna yerli fanatların da girişini qadağan edib.

 

Qeyd edək ki, “Brügge” – “Napoli” matçı” noyabrın 26-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti