Millimizin qapıçısı Kamran Ağayev şərəfini qoruduğu "Karşıyaka"dan ayrıla bilər.
Sportarena.az xəbər verir ki, buna səbəb İzmir klubundakı maliyyə böhranıdı. 3 aydır ki, komandanın üzvləri maaşlarını ala bilmirlər.
Əgər maaşlar dekabrın 1-dək ödənilməsə, bəzi futbolçular komandanı tərk edəcəklər ki, onların arasında Ağayev də var.
Qeyd edək ki, "Karşıyaka" PTT 1-ci liqasında 12 turdan sonra 12 xalla 15-ci pillədə qərarlaşıb.