"Milan"ın sabiq forvardı Alesandro Pato yenidən karyerasını Avropada davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, təcrübəli hücumçu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Tottenhem"in diqqət mərkəzindədi.
London təmsilçisi Patonu heyətinə qatmaq üçün futbolçunun çıxış etdiyi Braziliyanın "Korintians" klubu ilə danışıqlar aparır.