Topaz Premyer Liqasının növbəti turunda AZAL-ın qonağı olacaq "Sumqayıt" hazırlığını davam etdirir. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, bu səbəbdən Samir Abasovun rəhbərlik etdiyi komanda "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb.
Zədə səbəbindən son oyunda iştirak edə bilməyən Amit Quluzadə artıq tam sağalaraq əsas kollektivə qoşulub. Bu günki məşqdə yalnız Aleksandr Çertoqanov yüngül zədəsi olduğu üçün fərdi məşqlərlə kifayətlənib.
Qeyd edək ki, AZAL - "Sumqayıt" oyunu noyabrın 28-də "AZAL Arena"da baş tutacaq. Qarşılaşma saat 14:30-da start götürəcək.