"Rəqibin gücünü bilirik, amma qorxmuruq" - Dani Kintana

18:30 25 Noyabr 2015

"Bir həftə ərzində yaxşı məşq etmişik. Yaxşı komandaya qarşı oynayacağımızın fərqindəyik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana deyib. İspan futbolçu Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah "Tottenhem"ə qarşı keçiriləcək matç haqda fikirlərini açıqlayıb:

 

"Yaxşı komandaya qarşı oynayacağımızın fərqindəyik. Əlimizdən gələni edəcəyik. Qrupdan çıxmaq şansımız hələ də var. Bakıda qələbə qazansaq, şansımız artar. Rəqibin gücünü bilirik, hörmət edirik. Lakin heç kimdən qorxmuruq".

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tottenhem” oyunu saat 22:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti